AZ

Ermənistanın sabiq deputatı və baş konsulu Ruben Akopyan həbs edildi

 Ermənistanın keçmiş deputatı və Sankt-Peterburqdakı sabiq baş konsulu Ruben Akopyan İrəvanda həbs olunub.

Demokrat.az xəbər verir ki, ona qarşı hakimiyyətin devrilməsinə açıq çağırışlar ittihamı irəli sürülüb.

Erməni istintaq orqanlarının məlumatına görə, ittihama əsas verən sübut 2025-ci il iyulun 1-də yayımlanmış müsahibədir. Məhkəmə qərarı ilə Akopyan barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ruben Akopyan Ermənistan parlamentinin dörd çağırış deputatı olub. O, 2000–2008-ci illərdə Ermənistanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsini icra edib. Hazırda istintaq davam edir.
Seçilən
66
demokrat.az

1Mənbələr