Bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunun əsas hissəsi mənim üçün Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı olacaq.
Teleqraf-ın Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, İlham Əliyev müasir dövrün ən təcrübəli liderlərindən biridir.
“Digər ölkələrin rəhbərləri Azərbaycan Prezidentinə baxaraq ondan öyrənməyə çalışırlar”,- Markov deyib.
Bunan əlavə, Sergey Markov Şuşa Qlobal Media Forumunun mövzusuna toxunaraq bildirib ki, hazırda Rusiyada süni intellekt sahəsində inkişaf zəif gedir.
“Hökumət bu sahənin inkişafı istiqamətində müəyyən addımlar atır. Biz artıq fərqindəyik ki, süni intellekt gələcək üçün çox böyük perspektivlər vəd edir”,- o vurğulayıb.