AZ

Macarıstan Aİ büdcəsinə etiraz edir: Orban Ukraynaya vəsait ayrılmasına qarşıdır

Macaristan Avropa Komissiyası tərəfindən təqdim olunmuş 2028–2034-cü illər üzrə Avropa İttifaqının büdcə layihəsini qəbul etməyəcək.

Operativ Media xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bəyan edib və Brüsseli Budapeştin xəbərdarlığını ciddi qəbul etməyə çağırıb.

“Mən heç vaxt Ukraynaya macar pullarının yönəldildiyi Aİ büdcəsini qəbul etməyəcəyəm. Mən heç vaxt macar fermerlərini müflisləşdirən Aİ büdcəsini qəbul etməyəcəyəm. Mən heç vaxt Macarıstanı şantaj qarşısında aciz qoyan Aİ büdcəsini qəbul etməyəcəyəm. Mən heç vaxt macarların onlara çatacaq vəsaiti yalnız Brüsselin müharibə, miqrasiya və transgender təbliğatını dəstəkləyən siyasətinə tabe olduqları halda alacaqları şərtini qəbul etməyəcəyəm. Brüsselin macarların cavabını yadda saxlaması yaxşı olardı: 'Heç vaxt!'", – hökumət başçısı “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

İyulun 18-də Kossuth radiostansiyasına müsahibəsində Orban bildirib ki, təkcə Macarıstan yox, digər ölkələr də yeni yeddiillik büdcə layihəsini dəstəkləməyəcək, çünki bu layihə Avropa Komissiyası tərəfindən sadəcə Ukraynanı Aİ-yə cəlb etmək məqsədilə hazırlanıb. Onun fikrincə, bu büdcə Avropa İttifaqını məhv edəcək.

İyulun 16-da Brüsseldə təqdim olunan və ümumi həcmi 2 trilyon avro olan 2028–2034-cü illər üzrə büdcə layihəsində Ukraynaya 100 milyard avro (yəni 5%) ayrılması nəzərdə tutulur. Lakin Orban müxtəlif ekspert qruplarının qiymətləndirməsinə əsaslanaraq bildirib ki, büdcədə nəzərdə tutulmuş vəsaitlərin azı 20%-i Ukraynaya, o cümlədən bu ölkənin Aİ-yə üzvlük prosesinin maliyyələşdirilməsinə yönəldilə bilər.

phrase_var_article.chosen
42
operativmedia.az

1phrase_var_article.sources