Biz indi beynəlxalq səhnədə daha fəalıq. Bizim digər ölkələr arasında vasitəçilik səylərinə gəldikdə, bunlar tam aydındır.
"Unikal" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə səsləndirib.
Dövlətimizin başçısı əlavə edib: "Biz beynəlxalq ictimaiyyətin fəal üzvüyük və fərqli beynəlxalq iştirakçılarla güclü münasibətlərimiz var. Düşünürük ki, onlar daha mühüm, daha əhəmiyyətli rol oynaya bilərlər. Ən azı daha geniş regional məsələlərdə rol oynaya bilərlər.
Biz güclü ölkəyik, güclü iqtisadiyyatımız var, xarici borcumuz ÜDM-in 6,9 faizini təşkil edir. Əlbəttə ki, kim bizi tənqid edir, onların məhz xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır.
Biz yoxsulluğu 5 faizə salmışıq və Fransaya gəldikdə, bu, xeyli çoxdur. Bu, bizim torpağımızdır. Bu, bizim həyatımızdır və istərdik ki, Azərbaycan xalqına hörmətlə yanaşsınlar. Səmimi desək, biz artıq öz səylərimizi göstərdik ki, Qərb mətbuatında Azərbaycanla bağlı rəy dəyişsin, lakin görürük ki, bu, vaxt itkisidir".