BAKI, 19 iyul. TELEQRAF
Macarıstan Avropa Komissiyasının təklif etdiyi 2028-2034-cü illər üçün Aİ-nin büdcə layihəsini qəbul etməyəcək, çünki layihə Macarıstan pulunun Ukraynaya ayrılmasını nəzərdə tutur.
Teleqraf xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib:
"Mən Macarıstandan Ukraynaya pul göndərən Aİ büdcəsini qəbul etməyəcəyəm. Macarıstan fermerlərini məhv edən AB büdcəsini heç vaxt qəbul etməyəcəyəm".
Qeyd edək ki, iyulun 16-da Brüsseldə 2028-2034-cü illər üçün 2 trilyon avroluq büdcə layihəsinitəqdim edən Avropa Komissiyası Ukraynanın bu büdcədən 100 milyard avro və ya 5% alacağını bildirib. Bununla belə, Orban bildirib ki, müxtəlif ekspert qruplarının fikrincə, ona daxil olan vəsaitin ən azı 20%-i Ukraynanın məqsədlərinə, o cümlədən Aİ-yə üzvlük prosesinin maliyyələşdirilməsinə yönəldilə bilər.