AZ

Azərbaycan gimnastı: Beynəlxalq yarışlarda yeganə məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir

Essen, 19 iyul, AZƏRTAC

Biz çox güclü komandayıq. Bütün yarışlarda yalnız bir məqsədimiz var. O da ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Güllü Ağalarzadə deyib.

Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında lentlə hərəkətlərin icrasında qızıl, 3 top və 2 halqada gümüş medala sahib çıxdıqlarını bildirən idmançı çıxış zamanı bəzi səhvlərə yol verdiklərini söyləyib: “Əlimizdən gələni etdik. Lakin bu, idmandır. Biz yenə də çalışmağa davam edəcəyik. Çünki bizi qarşıda dünya çempionatı gözləyir. Orada da yaxşı nəticə göstərmək istəyirik”.

Qeyd edək ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası Universiadanı 3 medalla başa vurub. Yığma daha əvvəl çoxnövçülükdə birinci yeri tutub.

Seçilən
22
azertag.az

1Mənbələr