BAKI, 20 iyul. TELEQRAF
Suriyanın Əs-Suveyda şəhərində silahlı toqquşmalar tamamilə dayandırılıb.
Teleqraf xəbər verir ki, Suriyanın keçid hökumətinin Daxili İşlər Nazirliyinin nümayəndəsi Nurəddin əl-Baba belə bir bəyanatla çıxış edib.
“Hazırda Əs-Suveydada qanunsuz silahlı qruplaşmaların döyüşçüləri yoxdur, bütün şəhərdə hərbi toqquşmalar dayandırılıb”, - əl-Baba vurğulayıb.