Bir neçə gün öncə "Benfika"dan doğma ölkəsinə - "Rosario Central" klubuna qayıdan Anxel Di Mariya Argentina çempionatının 2-ci turunda 2-ci dəfə fərqlənib.

Offsideplus.az xəbər verir ki, o, "Lanus"la səfər matçında yeganə qola imza atıb.

Belə ki, Di Mariya 74-cü dəqiqədə penaltidən fərqlənib.

Maraqlıdır ki, 37 yaşlı futbolçu son 8 qolu məhz penaltidən vurub.

O, hətta klublararası dünya çempionatında "Benfika"nın heyətində bütün 4 qolu 11 metrlik cərimə zərbəsindən reallaşdırıb.

"Rosario Central" 2 tura cəmi 2 qol vurub. Hər 2 topu Di Mariya penaltidən rəqib qapılarına göndərib.

Hazırda komanda Argentina çempionatının B qrupunda 2-ci pillədə qərarlaşıb.