Bakı. Trend:
Türkiyənin İstanbul hava limanı ardıcıl ikinci dəfə dünyanın ənyaxşı beynəlxalq aeroportu elan edilib.
Trend xəbər verirki, bu göstərici ABŞ-ın “Travel and Leisure” jurnalının keçirdiyi“Dünyanın ən yaxşı on beynəlxalq hava limanı” sorğusununnəticələrinə əsasən müəyyən olunub.
Məsələ ilə bağlı açıqlama verən Türkiyənin nəqliyyat vəinfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, İstanbul havalimanının bu uğuru Türkiyənin qlobal nəqliyyat mərkəzinəçevrilməsinin göstəricisidir.
Nazir onu da qeyd edib ki, iyulun 18-də 1695 hava hərəkətihəyata keçirilməklə İstanbul hava limanı açıldığından bəri ənyüksək gündəlik uçuş göstəricisinə imza atıb.