ŞUŞA, 20 iyul. TELEQRAF
"Tədbirin Şuşada keçirilməsinin mühüm səbəbi var. Çünki Şuşa ilhamverici bir məkandır".
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media DayanıqlılığınınGücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə, görə iştirakçıların buraya dəvət olunmasının məqsədi onlara öz təkliflərini vermək imkanı yaratmaqdır.
“Təəssüf ki, Şuşa işğal altında olanda bu ərazidən dezinformasiyanın yayılması halları olmuşdu. Bu baxımdan, tədbirin burada keçirilməsi bir fürsətdir ki, iştirakçılar Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb fikir mübadiləsi aparsınlar. Bu da dezinformasiyanın qarşısını almaq baxımından çox vacibdir”-, o qeyd edib.