Azərbaycan cəmiyyəti media ilə sıx işləyir.
APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün III Şuşa Qlobal Media Forumu çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” panelində deyib.
Hikmət Hacıyev bildirib ki ki, media savadlılığı daha da artırılmalıdır: “Media savadlılığının, o cümlədən sosial media savadlılığının artırılması xüsusilə uşaqlar və məktəblilər arasında çox vacibdir”.