Amerikalı Dastin Porye UFC-318 turnirində həmyerlisi Maks Holloveyə məğlub olub.
Far.Az xəbər verir ki, döyüş beş raund davam edib və hakimlərin yekdil qərarı ilə - 48-47, 49-46, 49-46 - Holloveyin qələbəsi ilə başa çatıb.
Bu döyüş Porye üçün karyerasının son döyüşü olub.
Porye peşəkar səviyyədə 2009-cu ildən çıxış edib və UFC, WEC kimi döyüş təşkilatlarında iştirakı ilə tanınıb. O, UFC-nin yüngül çəki dərəcəsində keçmiş müvəqqəti çempionudur. Ümumilikdə 30 qələbə qazanmış Porye bu günkü məğlubiyyəti ilə karyerasında 10-cu dəfə uduzub.
Onun rəqibi - UFC-də BMF kəmərinin sahibi Maks Holloveydir. Maraqlıdır ki, Hollovey 2012-ci ildə UFC-də debüt döyüşünü məhz Porye ilə keçirmişdi və həmin döyüşdə boğucu fəndlə nokauta düşərək məğlub olmuşdu. Onlar 2019-cu ildə də qarşılaşmışdılar və həmin döyüşdə də hakimlərin yekdil qərarı ilə Porye qalib gəlmişdi.
Dustin Poirier officially lays down the gloves. Happy retirement boss👊💎
— mmhmm MMA (@mmhmmMMA) July 20, 2025
Where do y’all rank The Diamond on the UFC GOAT list?
#UFC318 pic.twitter.com/6iMoaZNXRA