UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Şelburn" (İrlandiya) - "Qarabağ" oyununun biletləri tükənib.
Fanat.Az xəbər verir ki, məlumatı İrlandiya təmsilçisinin mətbuat xidməti yayıb.
5750 tamaşaçı tutumuna malik "Tolka Park" stadionunda baş tutacaq qarşılaşma üçün bütün biletlər satılıb.
Qeyd edək ki, "Şelburn" və "Qarabağ" arasında ilk oyun iyulun 23-də Dublində, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Tərəflər arasında cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.