AZ

Ukraynada hökumət dəyişikliyi: ABŞ amili ön planda

Ukraynada bu həftə baş vermiş hökumət dəyişikliklərinin arxasında Prezident Vladimir Zelenskinin Birləşmiş Ştatlarla əlaqələri möhkəmləndirmək məqsədi dayanır.

Milli.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Mənbənin yazdığına görə, Zelenskinin əsas məqsədi ABŞ-da yeni formalaşan administrasiya ilə effektiv işləyə biləcək şəxsləri rəhbər postlara gətirməkdir. Məhz bu yanaşmanın nəticəsi olaraq, Yuliya Sviridenkonun baş nazir postuna gətirilməsi diqqət çəkir.

Agentlik bildirir ki, Sviridenko bu ilin yaz aylarında Ukraynanın təbii sərvətləri ilə bağlı ABŞ tərəfi ilə apardığı çətin və uzunmüddətli danışıqlardan sonra tərəflərin diplomatik uğur kimi qiymətləndirə biləcəyi bir razılaşmaya imza atıb.

Qeyd olunur ki, Prezident Zelenski artıq ötən ildən etibarən keçmiş baş nazir Denis Şmıqalın İqtisadiyyat Nazirliyinə rəhbərlik etməsi ehtimalını nəzərdən keçirməyə başlamışdı. Sviridenkonun uğurlu danışıqları isə Zelenskini bu qərarı reallaşdırmağa daha da təşviq edib.

Kənan
Milli.Az

Seçilən
7
milli.az

1Mənbələr