AZ

MOK rəsmisi Osiyekdə Azərbaycan gimnastları ilə görüşüb

Azərbaycan gimnastları XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Xorvatiyanın Osiyek şəhərinə gəliblər.

İdman.biz xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin İdman şöbəsinin müdiri Həsənağa Rzayev idmançılarla, onların məşqçiləri ilə görüşüb, yaşayış şəraitləri ilə tanış olub.

MOK nümayəndəsi komandamıza turnirdə uğurlu çıxış arzulayıb.

İQeyd edək ki, idman gimnastikası üzrə yarışlar iyulun 22-də "Gradski Vrt" zalında başlayacaq vəkeçiriləcək.

İdman.biz

Seçilən
10
idman.biz

1Mənbələr