AZ

Nikolay Baskov Ukraynada axtarışa verildi

Tanınmış rusiyalı müğənni və Rusiyanın Xalq artisti Nikolay Baskov Ukrayna hüquq-mühafizə orqanları tərəfindən rəsmi şəkildə axtarışa verilib.

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) məlumat bazasında yer alan qeydlərə əsasən, sənətçi Ukraynanın ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətlərdə iştirakda ittiham olunur.

Bildirilir ki, Nikolay Baskov 2022-ci ilin fevralından etibarən Rusiya-Ukrayna müharibəsində açıq şəkildə Rusiyanın mövqeyini dəstəkləyib. O, həmçinin 2023-cü ildə verdiyi açıqlamada Ukrayna ordusunun istifadə etdiyi Qərb istehsalı tankları sıradan çıxaran şəxslərə 1 milyon rubl mükafat vəd etmişdi.

Qeyd edək ki, müğənni 2004-cü ildə Ukrayna tərəfindən "Ukraynanın Xalq artisti" fəxri adı ilə təltif olunmuşdu. Lakin 2024-cü ildə Prezident Volodimir Zelenski həmin titulu ondan rəsmi sərəncamla geri alıb.

Hazırda Baskovun Ukrayna ərazisində axtarış statusu aktivdir və hüquqi prosedurlar davam edir.

Seçilən
31
far.az

1Mənbələr