AZ

Şuşa Qlobal Media Forumu Prezidentlə birbaşa ünsiyyət və qlobal informasiya əməkdaşlığı platformasıdır » AzadMedia.az




Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən III Qlobal Media Forumu çərçivəsində forumun əhəmiyyəti və məqsədləri barədə geniş açıqlamalar verib. Onun sözlərinə görə, bu tədbir media nümayəndələri və müxtəlif ölkələrdən olan fikir adamları üçün Prezident İlham Əliyevlə birbaşa təmas və fikir mübadiləsi baxımından unikal platformadır.

Forumun “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlığının gücləndirilməsi” mövzusuna həsr olunması da təsadüfi deyil. Hikmət Hacıyev qeyd edib ki, forumun məhz Şuşada keçirilməsi dərin simvolik məna daşıyır:

“Şuşa – Azərbaycanın mədəniyyət beşiyidir. Bu müqəddəs şəhər bizim tarixi yaddaşımız və ilham mənbəyimizdir. Şuşa bir çox nəşriyyatçıların, yazıçıların, maarifçilərin doğulduğu yerdir və onların hamısı xalqımızın elmi və mədəni irsinə töhfələr veriblər.”



Prezidentin köməkçisi bildirib ki, iştirakçılar təkcə Şuşada deyil, eyni zamanda Ağdam və Laçın kimi işğaldan azad olunmuş digər bölgələrdə də olacaqlar. Onların bir qismi artıq Xankəndidə də olub.

“Forumun bu şəhərdə – münaqişədən sonrakı dövrdə, bir zamanlar müharibənin yaralarını daşıyan, lakin bu gün yenidən qurulan Şuşada keçirilməsi çox önəmlidir. Şuşa bir zamanlar misli görünməmiş yalan xəbərlər və təxribat xarakterli məlumatların hədəfi olmuşdu. 1990-cı illərin əvvəllərində Şuşadan cəmi bir neçə kilometr aralıda – Xocalıda dəhşətli soyqırımı törədildi. Təəssüf ki, həmin faciəni işıqlandıran media qurumlarının sayı çox az idi.”
Hikmət Hacıyev forumun Prezidentlə birbaşa ünsiyyətə imkan yaratdığını vurğulayıb:

“Bu Forum bizə Prezident İlham Əliyevlə birbaşa təmas imkanı verir, regionun inkişafı ilə bağlı aktual məlumatları birinci əldən almağa şərait yaradır.”

Prezidentin köməkçisi eyni zamanda qeyd edib ki, bu il Azərbaycan mediası özünün 150 illik yubileyini qeyd etdi:

“Həsən bəy Zərdabi ilk azərbaycanlı qəzeti olan "Əkinçi"ni dərc etdikdən sonra milli mətbuatımız böyük inkişaf yolu keçib. Senzura şəraitində fəaliyyət göstərməsinə baxmayaraq, ‘Əkinçi’də maarifçilik, təkamül və cəmiyyətin inkişafı ilə bağlı məqalələr dərc olunurdu. Bu qəzet yeni ideyaların formalaşması və yayılmasında mühüm rol oynadı. Bu gün də həmin maarifçilik ruhunu davam etdirir, KİV vasitəsilə həqiqəti yayır və sağlam cəmiyyətin qurulmasına töhfə veririk.”



Seçilən
17
1
azadmedia.az

2Mənbələr