AZ

Jurnalistlər Şuşa və Qarabağda bərpa işlərindən heyran qalıblar – Mediaforum iştirakçısı

Bakı. Trend:

Biz Azərbaycan tərəfindən azad edilmiş torpaqlarda aparılanbərpa prosesindən səmimi şəkildə heyran qalmışıq.

Bu fikirləri Trend-ə İslam Əməkdaşlıq Təşkilatının XəbərAgentlikləri Birliyinin (UNA) redaksiya şöbəsinin rəhbəri MəhəmmədƏlşeyx III Şuşa Qlobal Media Forumu çərçivəsində bildirib.

“Bu möhtəşəm bir diyardır. Biz Şuşada gəzərək bir çox gözəl vəheyrətamiz şeylər kəşf etdik. Yollar, şəhərin özü – hər şey əlaşəkildə bərpa olunub. Biz film studiyasında olduq – bu, həqiqətəntəsirli idi. Burada iştirak edən bütün jurnalistlər səmimiheyranlıqlarını ifadə etdilər və buraya yenidən – ikinci, üçüncüdəfə gəlmək istədiklərini bildirdilər,” – deyə o qeyd edib.

O, həmçinin forum iştirakçılarının bu cür təşəbbüslərin davamlıolacağına ümid etdiklərini və Qarabağ, eləcə də Azərbaycanla bağlımüsbət təəssüratları öz ölkələrində bölüşməyə hazır olduqlarınıvurğulayıb.

Seçilən
27
3
az.trend.az

4Mənbələr