AZ

İranla Avropa “üçlüyü”nün danışıqlar günü bəlli oldu

İranla Avropa “üçlüyü” - Almaniya, Fransa və Böyük Britaniya arasında danışıqların nə vaxt və harada keçiriləcəyi məlum olub.

"Unikal" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalına etibarlı mənbə məlumat verib.

“İran və “Avropa üçlüyü” arasında danışıqlar gələn bazar günü Cenevrədə baş tutacaq”, - deyə mənbə bildirib.

Bundan əvvəl bildirilmişdi ki, İran, Almaniya, Fransa və Böyük Britaniya arasında danışıqlar iyulun 21-dən 27-dək olan həftə ərzində baş tutmalıdır.İslam Respublikası və “Avropa üçlüyü” ölkələri İranın nüvə problemi ilə bağlı danışıqlara dair razılığa gəliblər.

Seçilən
13
unikal.az

1Mənbələr