ABŞ prezidenti və vitse-prezident Donald Tramp və Cey Di Vens yay tətili zamanı Böyük Britaniyaya səfər edəcəklər.
"Unikal" bu barədə “The Telegraph” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vens həyat yoldaşı və üç uşağı ilə avqustun ortalarında Londona uçacaq. Onlar kottec kirayələyib bir neçə gün İngiltərənin cənub-qərbindəki Kotsvolds bölgəsində qalacaq, daha sonra Şotlandiyaya səfər edəcəklər.