AZ

Muarem: “Azərbaycan futbolundakı vəziyyəti yaxşı bilirəm”

“Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şkendiya” – “Qarabağ” oyunu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Şimali Makedoniya mətbuatına açıqlamasında bunları deyib:

“Əlbəttə ki, artıq “Qarabağ”da olmasam da, həmin klubdakı və ümumiyyətlə Azərbaycan futbolundakı vəziyyəti yaxşı bilirəm. “Qarabağ”da çoxlu dostlarım var və onlar Skopyeyə gələndə onlarla görüşməyi planlaşdırıram. Şübhəsiz ki, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında çox güclü komanda formalaşıb. O, artıq 17 ildir komandanın baş məşqçisidir – bu, inanılmazdır”.

Muarem cütün taleyi haqda da danışıb:

“Şkendiya”nın əla komandası, əla məşqçisi var. “Qarabağ”ın tam analiz olunduğuna şübhə etmirəm. “Şkendiya” topa mümkün qədər çox sahib olmalıdır, müdafiəyə çəkilməməlidir. “Qarabağ” da eyni şeyi istəyəcək, yəni topa sahib olmaq üçün mübarizə aparan iki komanda üz-üzə gələcək. Mən şəxsən “Şkendiya”nın FCSB ilə oyununa heyran qaldım, “Qarabağ”a qarşı da elə oynamalıdırlar. Səmimi desəm, favorit kim olduğu məlumdur, amma məncə”Şkendiya”nın irəli getmək üçün yaxşı şansı var”.

Komandalar arasındakı ilk oyun avqustun 5-də Skopyedə olacaq. Cavab görüşü isə 12-də Bakıda keçiriləcək.

Seçilən
26
1
futbolpress.az

2Mənbələr