Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ankara, 4 avqust, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya suriyalı həmkarı Enes Hattab ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ankarada nazirlər arasında aparılan müzakirələr məhdud və geniş tərkibdə davam edib.
Danışıqlar əsnasında təhlükəsizlik məsələləri, həmçinin iki ölkənin hüquq-mühafizə orqanları əməkdaşları arasında təcrübə mübadiləsi və onlar üçün təlim proqramlarının təşkili müzakirə olunub. Tərəflər suriyalı qaçqınların vətənlərinə qayıtması prosesinə xüsusi diqqət yetiriblər. Bu istiqamətdə atılacaq qarşılıqlı addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da Ankarada səfərdə olan Suriyanın daxili işlər nazirini qəbul edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.