“Fənərbağça” Portuqaliyanın “Benfika” klubundan Florentino Luisin transferi üçün razılıq əldə edib.
İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı yarımmüdafiəçi ilə 1+4 illik müqavilə imzalayacaq. Müqaviləyə əsasən, futbolçu ilkin olaraq 5 milyon avroya icarəyə götürüləcək. Daha sonra isə 25 milyon avro məbləğində məcburi satınalma şərti qüvvəyə minəcək.
Florentino Luisin yaxın günlərdə İstanbula gəlməsi gözlənilir.