Çempionlar Liqasının III təsnifat mərhələsi üzrə keçirilən "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" matçında siyasi şüarlar səsləndirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda meydan sahiblərinin azarkeşləri diqqət mərkəzinə düşüb. Tərəfdarlar oyunun gedişində bir neçə dəfə "Böyük Albaniya", kimi şüarlar səsləndiriblər.
Daxili İşlər Nazirliyi ötən gün Kumanovoda Rumıniyaya qarşı basketbol matçında azarkeşlərin davranışı ilə bağlı prosedur açmışdı. Belə ki, həmin oyunda azarkeşlər anti-alban şüarlarına görə FIBA araşdırma başladıb.
Qeyd edək ki, "Şkendiya" klubu 1979-cu ildə yerli alban icması tərəfindən yaradılıb.