AZ

Cənubi Koreyada sirli çay məxluqu görünüb

Cənubi Koreyanın paytaxtı Seulda Han çayında böyük sirli məxluq görünüb...

Poliqon xəbər verir ki, bu barədə video Jung dam YouTube kanalında yerləşdirilib.

Paytaxtın Yeouido rayonunda bir nəfər Milli Assambleyanın binası yaxınlığında çayda balıq tutarkən suda iri və hərəkətli nəsə peyda olub. Əvvəlcə bunun böyük bir balıq olduğunu düşündü. Lakin balıqçı tezliklə ona yaxınlaşan qara və nəhəng bir məxluq görüb. Uzunluğu 6-10 metr, qalınlığı isə insan bədənindən böyük idi.

Naməlum məxluq təxminən 20 dəqiqə suda müşahidə olunub. Daim bir yerdə fırlanırdı.

Video çoxlu sayda şərh yaradıb. Tamaşaçıların fikrincə, sirli məxluq bir qrup su samuru, alliqator və hətta piton ola bilər.

Poliqon.info 

Seçilən
19
poliqon.info

1Mənbələr