AZ

Samuxda yanıq xəsarətləri alan qadın vəfat edib

Ağır yanıq xəsarətləri ilə Bakıda xəstəxanada müalicə olunan Samux rayon sakini 42 yaşlı Samirə Əliyeva həyatını itirib.

Bakues.az “Teleqraf”a istinadən xəbər verir ki, S.Əliyeva iyulun 30-da Samux rayonundakı fərdi yaşayış evində yorğan-döşəyi neftlə təmizləyərkən üzərinə bilmədən məhlul tökülüb, daha sonra qaz peçinin yanında olan zaman əynindəki paltar alışaraq yanıq xəsarətləri alıb.

Yaralı əvvəlcə Gəncə, daha sonra Bakı şəhərində xəstəxanaya hospitalizasiya olunub.

Avqustun 5-də dünyasını dəyişib.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
44
1
icma.az

10Mənbələr