AZ

Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən sabiq vəzifəlisinin məhkəməsi başlayıb

Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq maliyyə xidmət rəisi Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Növbəti iclas avqustun 20-nə təyin edilib.

Qeyd edək ki, DTX-nin həyata keçirdiyi əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində 2023- 2024-cü illərdə xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsədiyi məlum olub.

Seçilən
17
7
aznews.az

10Mənbələr