AZ

Bakının bu kəndi işıqsız qaldı

Bakının Xəzər rayonunun Zirə kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Bu barədə Axar.az-a Azərişıq ASC-dən məlumat verilib.

Bildirilib ki, Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35 kV-luq hava xəttində avqustun 7-də təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 12:00-dək Zirə kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Seçilən
96
27
sherg.az

10Mənbələr