"Moskva və Vaşinqton Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən görüşün nəticələrindən razı qala bilər".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib
"Bu görüş işgüzar, konstruktiv keçdi və düşünürəm ki, hər iki tərəf danışıqların nəticələrindən razı qala bilər", - o bildirib.
Uşakov Putin və Uitkoffun görüşü zamanı Ukrayna münaqişəsinin həlli kontekstində gələcək birgə işlərin müzakirəsindən də danışıb. O, Rusiya ilə ABŞ arasında münasibətlərin konstruktiv və qarşılıqlı faydalı şəkildə qurulmasının mümkünlüyünü vurğulayıb.
O əlavə edib ki, Putin və Uitkoff arasında keçirilən görüşdən sonra Tramp avropalı tərəfdaşlarla müvafiq təmaslar aparıb.