AZ

Putin Hindistana gedəcək

ain.az bildirir, Azvision portalına istinadən.

Bu barədə Hindistanın milli təhlükəsizlik müşaviri Acit Doval Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə məlumat verib. O söyləyib ki, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri "çox yaxşı, təqdirəlayiq" səviyyədir. "Prezident Vladimir Putinin Hindistana bu ilin sonunda planlaşdırılan səfəri barədə məlumat almaqdan şadam", - müşavir vurğulayıb. Xatırladaq ki, Hindistanın Baş naziri Narendra Modi keçən ilin iyulunda Moskvaya getmiş, səfər çərçivəsində XXII Rusiya-Hindistan illik sammiti keçirilmişdi. O, sammitin yekununda Rusiya Prezidentini öz ölkəsinə səfərə çağırmışdı. Kremlin mətbuat xidməti bu ilin mayında "dəvətin minnətdarlıqla qarşılandığını" diqqətə çatdırıb. Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
2
azvision.az

3Mənbələr