AZ

“Lev Yaşin” mükafatına namizəd qapıçılar bəlli olub

Bakı, 7 avqust, AZƏRTAC

"France Football" nəşrinin ən yaxşı qapıçı üçün təsis etdiyi “Lev Yaşin” mükafatına namizədlər açıqlanıb.

AZƏRTAC xəbər verir ki, siyahıya Alisson (“Liverpul” / Braziliya), Yassin Bunu (“Əl-Hilal” / Mərakeş), Lukas Şevalye (“Lill / Fransa), Tibo Kurtua (“Real Madrid” / Belçika), Canluici Donnarumma (PSJ / İtaliya), Emiliano Martines (“Aston Villa” / Argentina), Yan Oblak (“Atletiko Madrid” / Sloveniya), David Raya (“Arsenal” / İspaniya), Mats Sels (“Nyukasl” / Belçika) və Yann Zommer (“İnter” / İsveçrə) daxildir.

Qalib sentyabrın 22-də keçiriləcək “Qızıl top”un mükafatlandırma mərasimində açıqlanacaq.

“Lev Yaşin” mükafatı 2019-cu ildən verilir. Mükafatın son qalibi Argentina millisinin qapıçısı Emiliano Martines olub.

Seçilən
64
azertag.az

1Mənbələr