AZ

Hakerlər “Air France” şirkətinin bazasından müştərilərin məlumatlarını oğurlayıb

Bakı. Trend:

“Air France” və KLM hava yolları şirkətləri müştərilər xidmətüçün nəzərdə tutulan platformalarının kiberhücuma məruz qaldığınıvə nəticədə virtual dələduzların naməlum sayda müştərininməlumatlarına çıxış əldə etdiklərini bəyan ediblər.

Trend xəbər verirki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Hər iki aviaşirkət vurğulayıb ki, hadisə aşkarlandıqdan dərhalsonra hakerlərin hücuma məruz qalmış sistemlərə çıxışınıməhdudlaşdırmaq üçün tədbirlər görülüb. Aviaşirkətlərin daxilişəbəkələrinin kiberhücumdan zərər görmədiyi qeyd olunur.

Aviaşirkətlərin nümayəndələri müştərilərin maliyyə və şəxsiməlumatlarının təhlükəsizlikdə olduğunu təsdiqləyiblər.Aviaşirkətlər həmçinin, hadisə barədə öz ölkələrinin müvafiqqurumlarını məlumatlandırıb və hazırda məlumatları oğurlanmışmüştəriləri bu barədə xəbərdar ediblər.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr