AZ

Rusiya İrana qoşulur: Azərbaycan Xəzər dənizində hərbi təzyiqlə qarşı-qarşıyadır?

“Azərbaycanla ABŞ-nin strateji əlaqələrindəki zərurətlərdən irəli gələrək cənab Donald Tramp ölkəsindəki erməni lobbisinə qarşı əməliyyatlara başlayacaq. Bu xüsusilə Trampın Meksika kartellərinə qarşı barışmaz mövqeyinin erməni lobbisinə təsirləri ilə müəyyənləşəcək”.

Bu barədə politoloq Aqşin Kərimov deyib.

Politoloqun fikrincə, Meksika kartelləri ilə əlaqəli olan bəzi erməni lobbi qrupları mafiyadan gələn maliyyə mənbələrindən məhrum olacaqsa, bu, avtomatik olaraq onların sonunu gətirəcək:

“Beləliklə, Azərbaycan lideri İlham Əliyev baş nazir Nikol Paşinyanı erməni diasporu və lobbisinin təzyiqlərindən azad etmə kampaniyasının önündə durur.

Azərbaycan-Ermənistan münasibətlərindəki bu zamana qədər görünməmiş sülh razılaşması ABŞ-nin Çin, Rusiya, İran ilə apardığı danışıqların işığında geosiyasi nəticələr doğurur. Postsovet məkanında Azərbaycanla Ermənistan proseslərdən ağrısız çıxmağı hədəflədiyi halda, Ukrayna üçün eyni sözləri söyləmək çətindir. Ehtimalla Trampın Rusiya Prezidenti Vladimir Putinlə Akyaskada keçirəcəyi görüşdə Moskvanın maraqlarını nəzərə alacağı, Cənubi Qafqaz müqabilində Kremlə Ukraynada güzəşt edəcək. Başqa yandan, ABŞ Azərbaycanın razılığı əsasında, Zəngəzur dəhlizində Rusiya və Çin əməkdaşlıq imkanlarına da baxacaq. Çin isə yaxın bir neçə ildə ABŞ ilə həlledici sövdələşmələrdən sonra Tayvana hərbi müdaxilə ssenarisini işə sala bilər”.

Politoloq 907-ci düzəlişin ləğvi və Minsk Qrupunun ləğvinə bu cür şərh verib:

“907-ci düzəlişin ləğvi Azərbaycanın ordu resurslarının daha da güclənməsi üçün ABŞ-nin müasir silahlarına çıxış imkanları yaradacaq.

İlham Əliyev, Donald Tramp və Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannaməyə əsasən, ATƏT-in Minsk Qrupunun ləğvi Qrupa daxil ölkələrə (üç həmsədr olmaqla, ümumilikdə 11 üzv) edilən çağırış nəticə verəcək. Prinsip etibarı ilə Rusiya da buna qarşı deyil, Fransa isə Azərbaycana qarşı əvvəlki həcmini kiçildib. Mahiyyət etibarı ilə, Fransa ilə Azərbaycan münasibətlərində xoşməramlı mərhələ başlana bilər”.

Musavat.com

Seçilən
55
50
editor.az

10Mənbələr