Tovuz rayonunun Dondar Quşçu kəndində kişi meyiti aşkarlanıb.
Moderator.az -a daxil olan məlumata görə, kəndin mərkəzindən keçən su arxının kənarında təxminən 40-45 yaşlarında naməlum şəxsin meyiti tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ölən şəxsin şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.