AZ

Darvin Nunyes “Liverpul”u “Əl-Hilal”a dəyişdi

“Liverpul”un 26 yaşlı uruqvaylı mərkəz hücumçusu Darvin Nunyes bundan sonra “Əl-Hilal”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 3 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid “Əl-Hilal”a 53 milyon avro məbləğ müqabilində başa gəlib.

Darvin Nunyes “Penyarol”un məzunudur. Hücumçu karyerası ərzində həmçinin “Almeriya”, “Benfika” və “Liverpul”da oynayıb.

Geridə qalmış mövsümdə Nunyes “Liverpul” üçün 47 oyuna çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə verib.

Nunyes 2019-cu ilin oktyabr ayında debüt etdiyi Uruqvay yığmasının heyətində 35 oyuna 13 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 26 yaşlı uruqvaylı mərkəz hücumçusunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
25
arena.az

1Mənbələr