AZ

ABŞ Zelenski ilə Putinin görüşünü hazırlayır – Vens

ABŞ Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya rəhbəri Vladimir Putin arasında görüş təşkil etməyə çalışır. Musavat.com xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens Fox News telekanalında deyib.

Onun sözlərinəm görə, “Birləşmiş Ştatlar görüşüb müharibənin dayandırılmasını müzakirə edə biləcəkləri vaxta dair razılığa gəlmək prosesindədir: “Biz indi Zelenski, Tramp və Putinin oturub Ukraynada müharibənin dayandırılmasını müzakirə etmələrini planlaşdırdığımız mərhələdəyik”.

Vens ABŞ prezidenti Donald Trampın administrasiyasının Ukrayna və Zelenski ilə dialoqu dəstəklədiyinə aydınlıq gətirib və ABŞ-ın hazırkı təmas xətti boyunca Ukraynadakı müharibəni bitirməyə çalışdığını vurğulayıb: “Biz həm ukraynalıların, həm də rusların yaşaya biləcəyi razılaşdırılmış həll yolunu tapmağa çalışacağıq”.

Bundan əlavə, vitse-prezident bildirib ki, ABŞ Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini azaldacaq, çünki onlar sülh yolu ilə nizamlanmaya nail olmaq istəyirlər.

Seçilən
15
50
editor.az

10Mənbələr