AZ

Balıkəsirdə zəlzələ olacağını bir ay öncə açıqlamışdı

Türkiyəli professor Şener Üşümezsoyun bir ay öncə verdiyi proqnoz bu gün özünü doğrultdu.

Teleqraf "Cnnturk"ə istinadən xəbər verir ki, Şener Üşümezsoy bir ay öncə Türkiyənin Balıkəsir bölgəsində zəlzələ olacağını bildirmişdi.

Üşümezsoy qeyd edib ki, Balıkəsirdə zəlzələlər nadir hallarda 6,5 maqnitudasını keçir.

"Sındırgıdan Alaşehirə uzanan daha aktiv bir fay xətti var. 25 kilometrlik bir qırılma xətti var. O xətt aktivdir. Sındırgıdan Alaşehirə qədər uzanan bir qırılma xətti var, o daha aktivdir" -deyə professor qeyd edib.

İyulun 16-da verdiyi açıqlamada Üşümezsoy böyük bir İstanbul zəlzələsini gözləmək əvəzinə diqqətin Balıkəsir bölgəsinə yönəlməsi lazım olduğunu vurğulamışdı. 1953-cü il Yenice-Gönen zəlzələsindən sonra bu fay xətti boyunca gərginlik yığılıb qamışdı.Üşümezsoy bölgədə böyük zəlzələ ehtimalının yüksək olduğunu bildirib.

Seçilən
76
4
teleqraf.com

5Mənbələr