ain.az bildirir, Oxu.az portalına istinadən.
"Sakinlər zədəli binalara daxil olmamalıdırlar"
Bunu Oxu.Az-a eksklüziv açıqlamasında Türkiyənin Dokuz Eylül Universitetinin Ümumi Geologiya fakültəsinin professoru Hasan Sözbilir Balıkesirdə baş verən zəlzələni şərh edərkən deyib.
O bildirib ki, bundan sonra yeraltı təkanların olması istisna deyil: "Sındırqıda indiyədək 10 binanın çökdüyü, bəzi vətəndaşlarımızın dağıntılar altında qaldığı barədə xəbərlər var.
Rayon və kəndlərdəki digər tikililərə də müxtəlif dərəcələrdə ziyan dəyib. Əsas təkanlardan sonra 5 bal gücündə zəlzələlərin baş verməsi istisna deyil. Odur ki, vətəndaşlarımız zədəli binalara daxil olmamalıdırlar", - deyə alim xəbərdarlıq edib.
Söhrab İsmayıl
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.