AZ

Avropalılar Alyaska görüşündən əvvəl Trampla danışacaq

Avropalılar

Avropa liderləri ABŞ prezidenti Donald Tramp Alyaskada Rusiya lideri Putinlə görüşməzdən əvvəl onunla danışıqlar aparmaq istəyirlər.

Reyting.az
xəbər verir ki, bu barədə "Bloomberg" məsələ ilə bağlı məlumatlı mənbələrə istinadla yazıb.

Bu danışıqlar ABŞ, Ukrayna və Avropa nümayəndələri arasında bir sıra gərgin diplomatik görüşlərdən sonra başlayacaq.

Məlumata görə, bazar günü danışıqlar barədə Avropa İttifaqının (Aİ) səfirləri məlumatlandırılıb. Bu gün, avqustun 11-də blokun xarici işlər nazirləri virtual görüş keçirəcək. Aİ nümayəndəsi qeyd edib ki, Amerika tərəfi diplomatik danışıqlarda fəal iştirak edir və Avropa ilə əməkdaşlıqda maraqlıdır.

Məlum olduğu kimi, avqustun 15-də Alyaskada ABŞ prezidenti ilə Rusiya lideri arasında danışıqlar keçiriləcək. Bu, Ukraynada genişmiqyaslı müharibə zamanı iki ölkə liderləri arasında ilk şəxsi görüş olacaq.

Ekspertlər hesab edirlər ki, sammitin keçiriləcəyi yer onun strateji əhəmiyyətinə və Rusiya sərhədinə yaxınlığına görə seçilib. Alyaska həm də ABŞ-nın Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid olmayan ərazisidir və bu, Putini həbs riskindən qoruyur.

Danışıqların əsas mövzusu Ukraynadakı müharibə olacaq. Tramp atəşkəsə nail olmaq niyyətini, xüsusən də Kiyevdə və Ukraynanın istənilən danışıqlarda iştirakının zəruriliyini qeyd edən avropalı müttəfiqlərin narahatlığına səbəb olan mümkün “ərazi mübadiləsi” ilə bağlı niyyətini ifadə edib.

Ukrayna prezidenti Vladimir Zelenskinin sammitdə iştirakı təsdiqlənməyib. Avropa liderləri və NATO vurğulayır ki, istənilən sülh üçün Ukraynanın suverenliyi nəzərə alınmalıdır.

E. KAMAL
Seçilən
66
50
reyting.az

10Mənbələr