AZ

Qrem: Uğursuzluq halında Tramp Rusiyaya qarşı sanksiyalardan imtina etməyəcək...

ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının həllində uğursuzluq olarsa, Rusiya ilə ticarət edən ölkələrə qarşı sanksiyalardan vaz keçməyəcək...

Poliqon xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qrэм NBC News kanalına verdiyi müsahibədə bildirib. Senator qeyd edib ki, Trampın məqsədi Rusiya lideri Vladimir Putinin müştərilərinə Hindistan, Çin və Braziliyaya qarşı təzyiqləri artırmaqdır.

Qreм vurğulayıb ki, Putin sanksiyaları “aşağılayır”, lakin ABŞ-nin rus nefti alan ölkələrə qarşı məhdudiyyətlər tətbiq etməsi onun üçün qəbul edilməz olacaq.

“Bizim məqsədimiz Putinin müştərilərini sındırmaqdır. Bu yeni strategiyadır. Tramp müharibəni dayandırmaq mümkün olmazsa, Putinin alıcılarını cəzalandırmaq üçün əlimdən gələni edəcək”, deyə senator bildirib.

14 iyulda Tramp Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı 100%-lik ikincil rüsumların tətbiq olunacağı ilə hədələyib. Əvvəlcə bu müddət 50 gün müəyyən olunmuşdu, sonra 10 günə endirildi və 8 avqustda başa çatdı.

15 avqustda Alyaskada RusiyaABŞ liderlərinin görüşü planlaşdırılır. Əsas müzakirə mövzusu Ukrayna böhranının həlli olacaq. Gözlənilir ki, Putin və Tramp ərazilərin dəyişdirilməsi və Kiyevin NATO-ya üzvlüyündən imtina kimi təklifləri müzakirə edəcəklər.

Poliqon.info

Seçilən
13
50
poliqon.info

10Mənbələr