AZ

BMT-də İsrailin Qəzza əməliyyatları kəskin tənqid olunub

BAKI, TurkicWorld, Nərmin Ağayeva

İsrailin Qəzzada hərbi əməliyyatlarını genişləndirmək qərarı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında fövqəladə müzakirəyə səbəb olub.

TurkicWorld xəbər verir ki, iclas Danimarka, Fransa, Yunanıstan və Sloveniya tərəfindən tələb edilib. Təhlükəsizlik Şurasının beş daimi üzvündən ABŞ istisna olmaqla dördü İsrailin planına qarşı çıxıb.

Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Ceyms Kariuki iclasın təşəbbüskarları sırasında yer aldığını bildirib. Rusiyanın daimi nümayəndəsinin müavini Dmitri Polyanskiy isə İsrailin planını “beynəlxalq hüququn açıq şəkildə pozulması” kimi qiymətləndirərək, bunun regionda təhlükəsizliyi təhdid etdiyini vurğulayıb.

Fransanın BMT-dəki səfiri Cey Dharmadhikari qərarı “ən sərt şəkildə” pisləyib, Çinin BMT-dəki səfiri Fu Konq isə əməliyyatların genişləndirilməsinin humanitar böhranı dərinləşdirəcəyini və regional sabitliyi pozacağını deyib.

ABŞ isə Şuranın İsrailin planına qarşı çıxmasına sərt reaksiya göstərib.

Seçilən
76
50
turkic.world

10Mənbələr