Rusiya və ABŞ liderləri Vladimir Putinlə Donald Trampın görüşü ərəfəsində Amerika Məxfi Xidməti Alyaska ştatının Ankoric şəhərində mülk icarəyə götürüb.
Modern.az xəbər verir ki, bu barədə yerli rieltora istinadən “Nyu-York Tayms” məlumat yayıb.
Ankoricdə fəaliyyət göstərən bir rieltor iki liderin görüşü üçün Gizli Xidmətin ondan 6 otaqlı bir mülk icarəyə götürdüyünü söyləyib.
Eyni zamanda, “Nyu-York Tayms” qeyd edib ki, Tramp administrasiyası Rusiya Federasiyası və ABŞ prezidentlərinin görüşünün dəqiq yerini nəşrə təsdiq etməyib.
Xatırladaq ki, Putin-Tramp görüşü avqustun 15-nə planlaşdırılıb.