AZ

Türkiyədə zəlzələ nəticəsində 1 nəfər ölüb, 29 nəfər yaralanıb

Ötən gün Balıkəsirin Sındırqı bölgəsində baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində 1 nəfər həlak olub, bir neçə nəfər xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisədən sonra Səhiyyə naziri Kamal Memişoğlu vəziyyətlə bağlı ictimaiyyətə açıqlama verib.

Nazir bildirib ki, ümumilikdə 29 yaralı qeydə alınıb, onlardan 19-u ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 10 nəfərin isə xəstəxanada müalicəsi davam edir.

Onların hamısının vəziyyəti yaxşıdır.

Memişoğlu zəlzələ nəticəsində həyatını itirən şəxsin ailəsinə başsağlığı verib.

Seçilən
20
operativmm.az

1Mənbələr