"Şamaxı" klubu Sahib Həsənovla yolların ayrıldığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

S. Həsənov bu yay "Şamaxı"dan ayrılan 12-ci futbolçu olub. Ondan öncə bölgə klubunu Kamal Bayramov (karyerasını başa vurub), Fəxri Məmmədli, Brahim Konate, Leroy Mikels, Vasiliye Bakiç, Vasiliye Radenoviç, Maykl Tuik,  Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov və Vüsal Məsimov tərk edib.