AZ

Prezidentdən “Səbail”in sponsoruna yüksək qiymət

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Göyüş oğlu Vəliyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə qeyd edilib ki, R.Vəliyev bu ordenlə Azərbaycan Respublikasında dəniz gəmiçiliyinin inkişafı sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə təltif edilir.

Qeyd edək ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti “Səbail” Futbol Klubunun rəsmi sponsorudur.

Seçilən
61
2
90deqiqe.az

10Mənbələr