"Zirə"nin "Şamaxı” ilə yoxlama oyununda zədələnən futbolçusu Abdul Aziz Batibienin durumuna aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı vingerin diz bağları qopub. Əməliyyat olacaq oyunçu 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, Abdul Aziz bu yay "Zirə"yə keçib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta