AZ

Paşinyan Ərdoğana da zəng etdi - Nələr danışdı?

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Ölkə.Az xəbəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib. Söhbət zamanı Paşinyan Ərdoğana 8 avqustda Vaşinqtonda keçirilmiş danışıqların nəticələrini təqdim edib. Xüsusilə, Ermənistan və Azərbaycan arasında “Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk Qrupunun mexanizmlərinin buraxılması barədə ATƏT-ə birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri, həmçinin qarşılıqlılıq əsasında regional kommunikasiyaların açılması, eləcə də “Beynəlxalq sülh və rifah naminə Tramp Yolu” layihəsi müzakirə olunub.

Baş nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması regional əməkdaşlığı yeni səviyyəyə çıxarmaq imkanı yaradır.

Telefon danışığında həmçinin Ermənistan-Türkiyə ikitərəfli gündəliyinə aid məsələlər, xüsusilə əvvəl əldə olunmuş razılaşmaların icrası prosesi müzakirə edilib.

Paşinyan vurğulayıb ki, bu razılaşmaların həyata keçirilməsi üçün indiki şərait hər zamankından daha əlverişlidir.

Tərəflər aktiv siyasi dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Seçilən
43
19
olke.az

10Mənbələr