AZ

Ərdoğanla Paşinyan razılığa gəldi: Siyasi dialoqu davam etdirəcəklər

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Missiya.Az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Baş nazir avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən danışıqların nəticələri barədə Türkiyə Prezidentini məlumatlandırıb. 

Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regional əməkdaşlığın yeni səviyyəsinə çıxmaq imkanı yaradır. 

Həmsöhbətlər Ermənistan-Türkiyə ikitərəfli gündəliyinə dair məsələləri, xüsusilə də əvvəllər əldə edilmiş razılaşmaların icrasının gedişini müzakirə ediblər. Paşinyan əlavə edib ki, hazırda bu sazişlərin həyata keçirilməsi üçün atmosfer həmişəkindən daha əlverişlidir. 

Tərəflər, danışıqlar zamanı fəal siyasi dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
77
12
missiya.az

10Mənbələr