AZ

NYT: Zelenski Alyaskada sülhə maneə kimi təqdim olunacağından qorxur

Ukrayna lideri Volodimir Zelenski Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşündə Ukraynanın sülhə maneə kimi təqdim olunacağından ehtiyat edir.

HİT.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti yazır.

"Zelenski Kiyevin qeyd-şərtsiz atəşkəsi qəbul etməyə hazır olduğunu vurğulayaraq, ölkəsinin sülhə maneə olmadığını nümayiş etdirmək əzmindədir", deyə qəzet qeyd edib.

NYT-nin məlumatına görə, Ukrayna Kremlin Alyaskada ABŞ-Rusiya danışıqlarında prezident Trampı Ukraynanın sülhə maneə olduğuna inandırmağa çalışacağından ehtiyat edir.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp avqustun 15-də Alyaskada danışıqlar aparmaq barədə razılığa gəliblər. Əsas mövzu Ukraynada sülhdür. Qərb mediası iddia edir ki, müzakirə olunan təkliflər arasında ərazi mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər.

Samir

Seçilən
54
50
hit.az

10Mənbələr