Pakistanın şimalında baş verən sürüşmə nəticəsində azı səkkiz nəfər ölüb, dörd nəfər yaralanıb.
Bakues.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə baş verən zaman könüllülər qrupu Gilgitin daşqından zərər çəkmiş Danjore bölgəsində bərpa işləri ilə məşğul olub.
Qurbanlar son daşqınlar nəticəsində ciddi şəkildə zədələnmiş magistral su kəmərini təmir edən yerli qrupun üzvləridir. Yaxınlıqdakı dağdan palçıq və daşlar qəfil çökərək bir neçə nəfəri dağıntılar altında qoyub.
Hadisə yerinə gələn xilasedicilər, polis və yerli sakinlər 8 cəsədi və 4 yaralını dağıntılar altından çıxara biliblər.
Meyitlər və yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb. İki nəfərin vəziyyəti ağırdır.
Polis əməliyyat-axtarış tədbirlərinin davam edəcəyini bildirib və əhaliyə təhlükəsiz ərazilərdə qalmaları barədə xəbərdarlıq edilib.
Asim